Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit (SƏTƏM), əsas anlayışlar, HSE standartları

SƏTƏM nədir? Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi tədbirləri. Əməyin mühafizəsi üzrə qanunvericilik, HSE standartları
Общий

Gülnar Ramazanova – İnsan resursları üzrə mütəxəssis

İş yerində qəzasız, bədbəxt hadisələr olmadan, ətraf mühitə ziyan vurmadan fəaliyyət hər bir şirkətin, hər bir işçinin əsas prinsipləridir. Bunun üçün onlar ətraf mühitə təsiri minimuma endirmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik, sağlamlıq və ətraf mühitin qorunması qaydalarına xüsusi diqqət yetirməlidirlər. Şirkətlərdə bu işlə xüsusi işçilər SƏTƏM mütəxəssisi məşğul olur.

SƏTƏM nədir?

Bu abreviatur Sağlamlıq (S), Əməyin Təhlükəsizliyi (ƏT), Ətraf Mühit (ƏM) anlayışlarını özündə əks etdirir. Bəzən bunun ingilis variantına da rast gəlirik- HSE (Health, Safety, and Environment).

SƏTƏM iş yerindəki təhlükələri, ətraf mühit risklərini və işçilərin sağlamlığının idarəçiliyinə və onlara nəzarət etməyə yönəlmiş yanaşmadır.

HSE idarəçiliyinə ehtiyac əvvəlki dövrlərdə, xüsusilə də işçilərin maşın və avadanlıqlardan lazımi müdafiəyə malik olmadığı emal sənayesində təhlükəli iş şəraitindən yaranmışdır. Bu, onların xəsarət almasına, hətta ölümlə nəticələnən qəzalara səbəb olurdu.

Zaman keçdikcə işçilər iş yerlərində daha yaxşı təhlükəsizlik tədbirlərinin görülməsin tələb etməyə başladılar, bu da hökumətləri işəgötürənlərdən iş yerində sağlamlıq və təhlükəsizlik təmin edilməsin, tibbi sığorta ödəmələri, işlə əlaqədar xəsarətlər, xəstəliklər və ölüm hallarında təzminat ödənişlərini tələb edən qanunlar qəbul etməyə sövq etdi.

SƏTƏM idarəçiliyinin əsas məqsədi elə təhlükəsizlik mədəniyyəti yaratmaqdır ki, sağlamlıq, təhlükəsizlik və ətraf mühit göstəricilərinin təkmilləşdirilməsi yolu ilə:

  • davamlı risklərin qiymətləndirilməsi;
  • nəzarətin həyata keçirilməsi;
  • insanlara və ətraf mühitə zərərin qarşısının almaq mümkün olsun.

SƏTƏM üzrə idarəçiliyin düzgün qurulması iş yerində əməyin təhlükəsizliyi və ətraf mühit risklərini minimuma endirməklə xəstəlik və xəsarət xərclərini azaldır, səmərəli və məhsuldar iş üçün müvafiq qərarlarının qəbulunu təkmilləşdirir.

SƏTƏM üzrə yerli və beynəlxalq qanunvericilik (HSE standards)

Beynəlxalq praktikada HSE standartları iki əsas standarta əsaslanır:

  • ətraf mühit risklərinin idarə edilmişi üçün ISO 14001;
  • iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik üçün ISO 45001.

Respublikamızda SƏTƏM üzrə qanun vericilik baza işlənib hazırlanıb. Nümunə üçün aşağıdakıları qeyd edə bilərik:

Bu hüquqi normativ aktlar iş yerlərində SƏTƏM qaydalarına aid standartları, protokolları və tövsiyələri özündə cəmləyib.  Onların tətbiqi iş yerlərinin ən vacib sərvəti olan insan resurslarının sağlamlığı və əməyin təhlükəsizliyi üzrə proqramlarının həyata keçirilməsi ilə qorumağa yönəlib.

SƏTƏM nə üçün lazımdır?

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, hər il 2,93 milyondan çox işçi istehsalat qəzaları və ya peşə xəstəlikləri nəticəsində dünyasını dəyişir. Bu hadisələrin qlobal iqtisadiyyata vurduğu illik zərərin trilyonlarla ABŞ dolları civarında olduğunu nəzərə alsaq, SƏTƏM üzrə tədbirlərin həyata keçirilməsi əsas prioritet olmalıdır.

İşəgötürən və işçilərin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə məlumatlarla təmin edilməsi bunlara kömək edir:

  • işçilərə ziyan vurulmaması — iş vaxtı zədələnmələrdən və bədbəxt hadisələrdən qorunması;
  • işçilər tərəfindən mülkiyyətə ziyan vurulmaması;
  • sağlamlığı, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsini gücləndirən tədbirlərin həyata keçirilməsi;
  • iş yerinin sağlamlığı və əməyin təhlükəsizliyini daha səmərəli idarə etməyə;
  • qabaqcıl texnologiyalar və peşəkar inkişaf yolu ilə əməyin mühafizəsi və sağlamlığın qorunması üzrə işlərin həyata keçirilməsi.

SƏTƏM xüsusilə yüksək riskli sənaye sektorlarında həyat və əmlakın mühafizəsi üzrə əhəmiyyətinə görə əsas istiqamət sayılır. Statistik məlumatlara əsasən belə sənaye müəssisələrində təhlükəli iş şəraiti səbəbindən zədələnmə, xəstəlik və ölümlər daha çox rast gəlinir. Bədbəxt hadisələr üzrə risklərinin qarşısını almaq üçün iş yerində effektiv əməyin mühafizəsi və təhlükəsizlik idarəetmə sisteminin qurulması vacibdir.

Müasir iş yerlərində sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsinin əhəmiyyəti

Əməyin mühafizəsinin idarə edilməsinin əsas məqsədi həm işçilər, həm də işəgötürənlər üçün ciddi nəticələrə səbəb ola biləcək istehsalatla bağlı bədbəxt hadisələrin, xəsarət və xəstəliklərin qarşısını almaqdır.

SƏTƏM üzrə idarəçiliyin effektivliyi minimum risk və iş vaxtı tikliləri, habelə məhkəmə çəkişmələrindən qaçmaq deməkdir. Həmçinin iş yerlərində özlərini daha təhlükəsiz və inamlı hiss edən işçilərin əmək məhsuldarlığı daha yüksək olacaq, onu öz iş yerinə daha çox bağlayacaq. Bu isə öz növbəsində işçi axının qarşısının alınmasına gətirib çıxaracaq.

Bundan əlavə, əməyin mühafizəsi və ətraf mühitin idarə edilməsinə üstünlük verən şirkətlər ətraf mühitə, işçilərinin sağlamlığına qarşı məsuliyyətli yanaşdıqlarına görə ictimai fikirdə imiclərinin daha da yaxşılaşdığını hiss edirlər.

İş yerində SƏTƏM işlərinin düzgün qurulması və qanunun tələblərinə uyğun aparılması xəstəlik və zədələrin qarşısını almaqla sizin şirkətin xərclərini azaldacaq, sanksiya və cərimələrdən qoruyacaq, məhsuldar əmək fəaliyyəti üçün əməyin təhlükəsizliyi üzrə qərar qəbulunu təkmilləşdirəcək.

İnsan resursları şirkətin ən vacib resursudur və bu resurslar sağlamlıq  və əməyin təhlükəsizliyi üzrə proqramların həyata keçirilməsi ilə qorunmalıdır.

Accounting .Az MMC-nin “Əməyin mühafizəsi xidməti”

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin hazırlanması və icrası üzrə çətinliyiniz varsa,  Accounting .Az konsaltinq şirkətinə müraciət edə bilərsiniz. Kadr xidmətləri çərçivəsində təqdim edilən “Əməyin mühafizəsi xidməti” üzrə bizim əməkdaşlar:

  • sizin şirkətdə əməyin təhlükəsizliyi üzrə mütəxəssislərin vəzifələrini autsorsinq əsasında yerinə yetirəcək;
  • SƏTƏM-ə cavabdeh olan əməkdaşlara mövcud qanuni tələblər barədə məsləhət verəcək və dəyişikliklər barədə sizi operativ məlumatlandıracaq;
  • şirkətdə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə həyata keçirilən tədbirlərin əmək qanunvericiliyinin tələblərinə uyğunluğunun auditini aparacaqlar.

Accounting.Az MMC SƏTƏM xidmətləri ilə yanaşı mühasibat, vergi və kadr uçotu üzrə geniş spektrli xidmətlər təklif edir.

whatsapp