Maliyyə hesabatlarının hazırlanmasında məqsəd nədir? Maliyyə hesabatlarının hazırlanması standartları hansılardır?
Müəssisələrdə maraqlı şəxslərin informasiya ehtiyaclarının təmin edilməsi mühasibat uçotunun təşkilinin əsas məqsədidir. Amma uçot qeydlərinin aparılması hələ müəssisənin maliyyə vəziyyəti haqqında fikir yürütməyə əsas vermir. Bunun üçün onları maliyyə hesabatları şəklinə salmaq lazımdır.
Bakıda mühasibat uçotu xidmətləri bazarında çoxillik təcrübəyə malik “Accounting.Az” konsaltinq şirkəti sizin ehtiyaclarınıza uyğun:
Autsorsinq əsasında təqdim etdiyimiz mühasibatlıq xidmətləri çoxsaylıdır. Onlar müəssisələrdə vergi uçotu, kadr kargüzarlı sahələrini də əhatə edir. Biz xidmətlərimizlə sizin biznesin yanındayıq. Əməkdaşlıq üçün bizi seçin, peşəkarlarla işin fərqini hiss edin.
Maliyyə hesabatlarının hazırlanması hansı standartlar əsasında aparılır?
“Accounting.Az” konsaltinq şirkəti hesabatları Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, mühasibat uçotunun beynəlxalq standartlarına (GAAP, IFRS) uyğun hazırlayır.
Ümumi qəbul olunmuş muhasibat uçotu prinsipləri (GAAP) maliyyə uçotunun təşkilinin və aparılmasının əsas çərçivə sənədidir. Buraya mühasiblərin iş prosesində istifadə etdikləri prinsiplər, qaydalar daxildir.
Beynəlxalq Maliyyə Hesabatları Standartları — BMHS (İFRS) konkret əməliyyat növlərinin hesabatlarında necə əks olunmasın müəyyən edən mühasibat standartları toplusudur.
Konsaltinq xidmətləri göstərən “Accounting.Az” şirkəti sizə beynəlxalq standartlara uyğun mühasibat uçotu xidmətlərinin tam toplusunu təklif edir. Müəssisənizin maliyə vəziyyəti haqqında dəqiq təsəvvür yaratmaq istəyirsinizsə bizə müraciət edin. Bizim peşəkar mühasiblər sizin sorğunuz əsasında BMHS-ə uyğun maliyyə hesabatları hazırlaya bilər.
Siz hələ də muhasibat uçotunu beynəlxalq standartlara uyğun aparmırsınızsa, sizə kömək edə bilərik. Uçot sisteminin transformasiyası vacibdir , çünki bunu Azərbaycanda mühasibat uçotu qanunvericiliyi tələb edir.
Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik
Maliyyə hesabatlarının hazırlanması xidmətlərimizə nələr daxildir?
Mühasibat uçotunun, maliyyə hesabatının qayda və standartları getdikcə mürəkkəbləşir. Bu səbəbdən şirkətlər tez-tez maliyə hesabatlarının keyfiyyətinə, sürətinə təsir edən mürəkkəb əməliyyat problemləri ilə üzləşirlər.
Bu kimi problemlərin effektiv həlli məqsədi ilə müxtəlif sahədə fəaliyyət göstərən şirkətlərə maliyyə hesabatları sahəsində konsultasiya xidmətləri təklif edirik.
Problemləri bizim info@accounting.az e-mailə yazın, araşdıraq, sizə yazıb, əməkdaşlığımızın şərtlərini müzakirə edək.
Xidmətin qiyməti
Xidmətin qiyməti fərdidir. Maliyyə hesabatlarının hazırlanması, uçot sisteminin transformasiyasına görə qiymət maliyə hesabatlarının həcmindən, müəssisənin miqyasından, profilindən, muhasibat uçotu məlumatlarının tamlığı kimi müxtəlif amillərdən asılıdır.
Hesabatların tərtibi, uçot sisteminin transformasiyası üçün konsultasiya xidmətinin qiyməti, sizinlə qarşılıqlı razılaşma əsasında, saathesabı, müəyyən edilir.
Mühasibat uçotu xidmətlərimizlə daha ətraflı tanış olmaq, xidmət şərtlərini müzakirə etmək istəyirsinizsə bizimlə əlaqə saxlayın. “Accounting.Az” konsaltinq şirkəti ilə əməkdaşlıq BMUS-ə uyğun vaxtında tərtib edilmiş maliyyə hesabatları, keyfiyyətli məsləhət xidməti deməkdir.