Vergi xidmətləri

vergi xidmətləri accounting.az
Ümumi

Vergi uçotu necə aparılır ?

Biznes subyektlərində vergi uçotu ayrıca yaxud mühasibat uçotunun tərkibində aparıla bilər. Uçot müəssisənin əməkdaşları tərəfindən aparılır, yaxud kənardan cəlb edilmiş mütəxəsislərinə həvalə edilir. 

Mühasibat uçotu və vergitutmanı  autsorsinqə verərkən əsas şərt, xidmətin keyfiyyətinə zəmanət verən, biznes prosesində müxtəlif problemlər yaranmasının qarşısını ala biləcək (məsələn, əsassız yoxlamalar, müxtəlif cərimə və sanksiyalar, hesabların bağlanması və sair) etibarlı şirkət seçimidir. 

Bakıda autsorsinq xidmətləri üzrə ixtisaslaşan “Accounting.az” uzun illərdir ki, müştərilərə peşəkar mühasibatlıq və vergi xidmətləri təklif edir. Əməkdaşlarımız təcrübəli və səriştəli mühasiblərdir, onlar müştərilərə ən sərfəli vergi həlləri təklif edirlər. Bizim şirkət vergi uçotunun aparılması ilə yanaşı aşağıdakı xidmətləri də göstərir:

  • vergi konsultasiyası;
  • vergi bəyannamələrinin və hesabatlarının hazırlanması;
  • vergi planlaşdırılması;
  • vergi yoxlamalarına hazırlıq.

Müəssisədə uçot sisteminin qurulması, aparılması mühasibat uçotu, vergi sistemi, Azərbaycan qanunvericiliyi və sair bu kimi sahədə bilik və səriştələr tələb edir. Bunlarla yanaşı bir sıra spesifik xüsusiyyətlər (məsələn, xarici nümayəndəliklər, filiallarla bağlı) vardır ki, onları nəzərdən qaçırmaq olmaz. 

Əgər vergi qanunvericiliyində qaranlıq sahələri özünüz üçün aydınlaşdırmaq, sualtı qayalardan yan keçərək vergi problemləriniz həll etmək istəyirsinizsə +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng edin, əməkdaşlıq şərtlərini birgə müzakirə edək.

Bizim vergi xidmətləri  – sizin cərimə və sanksiyalardan mühafizənizdir   

Sizin aşağıdakı hallarda vergi ekspertləri  ilə məsləhətləşməyə ehtiyacınız ola bilər:

  • razılaşmaların vergi nəticələrini qiymətləndirmək yaxud həyata keçirilən əməliyyatların vergi uçotunu başa düşmək lazım olduqda;
  • vergitutma nöqteyi-nəzərindən idarəetmənin optimal sxemini seçmək lazım gəldikdə;
  • Dövlət Vergi Xidmətindən çağırış gəlib, müəssisənizin əməkdaşları oraya çağırılıb yaxud vergi yoxlaması təyin olunub: siz müfəttişlərin hərəkətlərinin qanuniliyini qiymətləndirmək istəyirsiniz;
  • vergi qanunvericiliyinin tətbiqinə dair sizdə hər hansı sual yarandıqda.

Bizim vergi konsultasiyası xidməti aşağıdakıları əhatə edir:

  • konkret vəziyyətlərdə Vergi Məcəlləsinin tətbiqinə dair vergi məsləhətləri xidmətlərinin göstərilməsi;
  • vergi növləri üzrə ödəmələrdə ən yaxşı həll yollarını müəyyən etmək üçün tövsiyələrin hazırlanması;
  • mühasibat yaxud vergi uçotu, hesabatların, o cümlədən vergi bəyannamələrinin tərtibi istiqamətində məsləhətlərin verilməsi, İnternet vergi idarəsi haqqında sualların cavablandırılması;
  • vergi məsləhətləri xidmətləri üçün müraciət etmiş fiziki və hüquqi şəxslərin maraqlarının Dövlət Vergi Xidməti orqanlarında, digər qurumlarda təmsil olunması.

Vergi planlaşdırması – vergi ödəmələrini qanuni yollarla, Vergi Məcəlləsinə uyğun, sizin üçün ən sərfəli şəkildə idarə etməyin bir üsuludur. Düzgün informasiyaya malik olaraq yaxud səriştəli mütəxəssis cəlb etməklə, doğru strategiya seçib, vergi, rüsum, digər məcburi ödəmələrin məbləğini azaltmaq mümkündür.

Planlama “Qanunla qadağan edilməyən hər şey qanunidir” prinsipinə əsaslanır, yəni hər bir ödəyici öz vergi öhdəliklərini azaltmaq üçün qanunla icazə verilən bütün üsullardan, o cümlədən vergi  qanunvericiliyində olan boşluqlardan istifadə etmək hüququna malikdir. Başqa sözlə desək, vergi planlaşdırılması xidməti – istənilən qanuni üsullardan, o cümlədən vergi güzəştlərindən istifadə etməklə vergi ödəmələrini azaltmağın qanuni yoludur.

Bakıda vergi xidmətləri bazarında səriştəli ekspert axtarırsınızsa,  “Accounting.az” konsaltinq şirkətinin mütəxəssislərinə müraciət edin. Bizimlə siz qanunu pozmadan pulunuza qənaət edə bilərsiniz.

Vergi ödəyicisi hər il vergi uçotunun auditini aparırsa, vergi hesablanması və ödənməsində səhv ehtimalı azdır, buna görə də yoxlamaya hazırlıq çox vaxt aparmayacaq. 

Əks halda, yəni belə audit aparılmadıqda, vergi müfəttişlərinin gəlişinə diqqətlə hazırlaşmaq lazımdır. Vergi yoxlamalarına hazırlıq çərçivəsində nəzərdən keçirilməsi vacib olan məsələlərin təxmini siyahısı genişdir. Məsələn:

  • vergi güzəştləri üzrə sənədlər;
  • xərclərin sənədli rəsmiləşdirilməsi (xüsusilə iri məbləğlər);
  • hesab-fakturalar, elektron qaimələr;
  • ƏDV üzrə uçotun aparılması mexanizmi:
  • xərc uçotunun düzgün aparılması;
  • mənfəət vergisi üçün vergi bazasından çıxılan gəlirlərin qanuniliyi;
  • ayrı-ayrı struktur vahidləri üzrə vergilərin ödənmə düzgünlüyü;
  • işçilərlə hesablaşmalar zamanı vergi güzəştlərini təsdiq edən sənədlərin mövcudluğu;
  • kontragentlərin tərkibinin riskli vergi ödəyicisi statusuna görə araşdırılması.

Əlbəttə, bu tam siyahı deyil, amma, ən azı bunların həyata keçirilməsi, vergi müfəttişlərinin sizə əlavə vergi ödəmələri hesablanması şansını əhəmiyyətli dərəcədə azaldacaqdır.

WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək, vergi yoxlamalarına hazırlığın əhatəsini müəyyən edək!

Vergi hesabatlarının hazırlanması zəruridirmi?

Əlbəttə, çünki hər bir fiziki yaxud hüquqi şəxs, heç bir fəaliyyəti olmasa belə, bunu etməyə borcludur. Amma, “Bunu kimə həvalə etməli?” sualının cavabı bir az araşdırma tələb edir: heç də hər bir mühasibat şirkəti (xüsusilə də, özü öyrənmiş bir mühasib) vergi bəyannamələrinin keyfiyyətinə və vaxtında təqdimatına zəmanət verə bilməz.

“Accounting.az” konsaltinq şirkəti müştərilərə Dövlət Vergi Xidməti orqanlarına veriləsi hesabatların hazırlamasın iki xidmət çərçivəsində təklif edir:

  •  maliyyə hesabatlarının hazırlanması xidməti;
  •  vergi hesabatları və bəyannamələrinin hazırlanması xidməti.

Birinci Mühasibat xidmətləri”-nin tərkib hissəsi kimi tərəfimizdən müştərilərə təklif edilir. İkinci xidmət o deməkdir ki:

  • siz fəaliyyət göstərmirsiniz, dövlət vergi orqanına “sıfır” hesabat təqdim edilir, yaxud;
  • əsas uçotu özünüz aparırsınız, hesabat və bəyannamələrin təqdimatında köməyə ehtiyacınız var.

Autsorsinq əsasında fəaliyyət göstərən şirkətimiz sizin ilkin mühasibat uçotu sənədləri əsasında aylıq, rüblük və illik hesabatları, bəyannamələri hazırlamağa, onları Dövlət Vergi Xidmətin orqanlarına təqdim etməyə hazırdır. Eyni zamanda, dövlət vergi xidməti orqanlarına təqdim etmək üçün ərizə, məlumat, arayışların hazırlanması da bizim peşəkar komandamız tərəfindən həyata keçirilə bilər. 

Hesabatlılığın tərkibi sizin fəaliyyətin hüquqi forması, habelə mövcud vergitutma rejim ilə müəyyən edilir. Biz sizin vergi hesabatlarını vaxtında deyil, vaxtından qabaq, cərimələr, vergi idarəsinin iradları olmadan təhvil veririk.

Unutmayın, vaxtında təqdim edilməyən vergi hesabat və bəyannamələri, sizin üçün cərimə və sanksiyalar şəklində əlavə xərc, maliyyə itkiləri deməkdir. Sizi hətta cinayət məsuliyyətinə də (qəsdən vergidən yayınma) cəlb edə bilərlər! Biz sizin risksiz və cəriməsiz biznesinizə təminat veririk! 

Bizim “Əlaqə” səhifəmizə keçid alın, sizə uyğun ünsiyyət vasitəsini seçin.  Bizim peşəkar əməkdaşlar  həmişə sizin biznesin yanındadır!

whatsapp