Haqqımızda

accounting.az

Accounting.Az müştərilərə mühasibat uçotunun qurulması və aparılmasında hərtərəfli dəstək göstərən konsaltinq şirkətidir. Biz biznes sahiblərinə mühasibat xidmətləri ilə yanaşı sərfəli qiymətlə vergi, kadr uçotu xidmətləri göstərir, mühasibat hesabatlarının sifariş edilməsini təklif edirik. Sifarişlərin icrasına təcrübəli, nüfuzlu mütəxəssislər cəlb olunur.

Xidmətlərimiz

Komandamız mühasibat uçotu, vergi, biznes məsləhət xidmətlərinin bütün aspektlərini əhatə edən çoxillik təcrübəyə malikdir. Bu bizə konkret məsələlərin həllinə hərtərəfli yanaşmaqda geniş imkanlar açır.

Professionallardan təşkil olunmuş komanda müxtəlif biznes sahələrində, o cümlədən istehsal, xidmət, ticarət, tikinti, müxtəlif iqtisadi fəaliyyətlər zamanı meydana çıxan məsələlərin səmərəli və keyfiyyətli həlli ilə məşğul olur.

Şirkətimiz 100-dən çox yerli hüquqi və fiziki şəxslər, xarici şirkətlərin nümayəndəlikləri, habelə bir neçə səfirliklə davamlı əməkdaşlıq edir.

“Sərfəli və keyfiyyətli mühasibatlıq!” – bizim əsas şüarımızdır

Mühasibat uçotunun Accounting.Az tərəfindən aparılması, regionun ən yaxşı mütəxəssisləri ilə ən sərfəli qiymətlərlə əməkdaşlıq deməkdir. Uzun illərin təcrübəsi yüksək keyfiyyətli xidmətə zəmanət verir.

Missiyamız

Bizim missiyamız qarşılıqlı etimada əsaslanan ən səmərəli, ən keyfiyyətli xidmət göstərməklə müştərilərimizin məmnunluğunu maksimum təmin etməkdir.

Xərcləri mümkün qədər azaltmaq, vergiləri qanun çərçivəsində minimallaşdırmaq – səmərəli xidmətin əsas göstəriciləridir. Bunu biz edirik.

Accounting.Az MMC biznesinizdə riskləri aradan qaldıran effektiv komandadır!

Əsas prioritetlərimiz

Məxfilik, qarşılıqlı hörmət və məsuliyyət, legitimlik, səlahiyyətlərin icrasına zəmanət və müştərilərin maraqları həmişə prioritetlərimiz olaraq qalacaq.

Pul səssizliyi sevir, ona görə də tərəfdaşlarımızın  məxfiliyi bizim üçün bir nömrəli qanundur!

Baxışımız

Accounting.Az komandası hər müştəriyə fərdi yanaşan, onların uçot xidmətlərinə olan ehtiyaclarını uğurla təmin edən, mühasiblərin beynəlxalq etik standartlarına əsaslanan, öz işinə sadiq peşəkar mütəxəssislərdən ibarətdir. Müştərinin etimadını doğrultmaq məqsədilə ona:

  • diqqətlə qulaq asırıq;
  • nəzakətli, sərfəli xidmət göstəririk;
  • biznesinə uyğun məsləhətlər veririk.

Müştəri xidmətləri

Azərbaycan, türk, ingilis, rus dillərində təqdim etdiyimiz vebsayt, sosial media səhifələrimiz, digər onlayn əlaqə vasitələri ilə  müştəri məmnuniyyətini yüksək səviyyədə təmin edirik.

Biz doğru, dürüst və səmimiyik , ünsiyyətliyik – bizimlə dil tapmaq asandır.

Bizi necə tapmaq olar?

Bu çox asandır, ofisimiz Bakının mərkəzində, rahat məkanda yerləşir. Bizimlə əlaqə vasitələrini saytımızdan tapa bilərsiniz – bunun üçün sadəcə bir klik bəs edər. Keçid alın, əlaqə saxlayaq, birgə inkişaf edək.

icon
140

Xidmət

icon
12

Kurs

icon
4

Dildə xidmət

icon
130

Müştəri

whatsapp