Konsaltinq şirkətləri: menecer vakansiyası üçün 10 müsahibə sualı

Müsahibə

Sahibkarlıq fəaliyyəti ilə məşğul almaq istəyən şəxs ilk növbədə ona xidmət göstərə biləcək konsaltinq şirkəti haqqında düşünməlidir. “Niyə?” sualının cavabı sadədir. Çünki o öz fəaliyyətində həll edilməsi vacib olan bir sıra məsələlərlə qarşılaşacaq. Onun cavab almaq istədiyi ilk sual Azərbaycanda sahibkarlıq fəaliyyətinin qeydiyyatı prosesi haqqındadır. Bu sırada Asan imza necə almaq olar, ümumiyyətlə elektron imza nədir? kimi suallar da sahibkarı düşündürür. Tutaq ki, sahibkarlığın qeydiyyatı bitdi, VÖEN alınması başa çatdı, möhür sifarişi edildi. Bu hələ son deyil, heç başlanğıc da deyil, başlanğıca doğru atılan ilk addımlardır. İşçilərin işə qəbulu, əmək müqaviləsinin qeydiyyatı, bankda hesabın açılması, müqavilələrin bağlanması…

Tutaq ki, bunların hər bir uğurla həll edildi. Amma bu son deyil, cavabladırılması vacib olan suallar hələ çoxdur, məsələn:

  • vergi hesabatları nədir, maliyyə, statistik, vergi hesabatları necə verilir?
  • işə qəbul edilmiş əməkdaşlara əmək hesablanması qaydası neəcdir?
  • əmək müqaviləsi bağlamaqla iş bitirmi, kadr uçotu nədir, necə aparılır?
  • mühasibat uçotunun aparılması qaydalarını kimdən öyrənməli?
  • və sair və ilaxır 

Yəqin ki, bu prosesdə əksər sahibkarların ağlına ilk gələn fikir “Bütün bu işləri görən bir şəxs yoxdurmu?” olacaq. Əlbəttə, var, hamı bir səsələ “vakansiya elanı ver, mühasib axtar” deyəcək.  Amma bir mühasib bütün bunların öhdəsindən keyfiyyətlə gələ biləcəkmi? O, nə qədər peşəkar olsa da, mühasibat, vergilər sahəsində eyni vaxtda yüksək səriştəyə sahib olmaq, “Müştərilərlə hüquqi münasibətləri necə qurmalı?”, “Kadr uçotu nədir?” kimi sallara eyni keyfiyyətdə cavab vermək  çətindir. Həm də yüksək peşəkarlıq yüksək ödəniş tələb edir. Yeni başlayan sahibkarda kifayət qədər maliyyə resursu varmı? Bəs nə etməli? Ruhdan düşməyə dəyməz – konsaltinq şirkəti  sizə yüksək keyfiyyətli xidmət göstərə bilər. 

Bakıda konsaltinq xidmətləri müxtəlif şirkətlər tərəfindən təklif edilir. Amma, bizim məqsədimiz Azərbaycanda konsaltinq şirkətləri, onların təklif etdikləri fərqli çeşidli xidmətləri haqqında yazmaq deyil, tamamilə başqadır.  Gəlin belə bir situasiyanı təsəvvür edək.

Siz konsaltinq şirkətlərindən birinin rəhbərisiniz, mühasibat xidmətləri sektorunu idarə edəcək menecer vakansiyası üzrə işçi axtarırsınız. Təbii ki, sizə müxtəlif səviyyəli mütəxəssislər müraciət edəcək. Seçim zamanı müsahibəni necə təşkil etməli? Hansı müsahibə suallara üstünlük verməli? Seçimi hansı kriteriyalarla aparmalı?

Burada yanaşma fərqli ola bilər. Müsahibə sualları xidmətlərin tərkibindən, spesifik xüsusiyyətlərdən asılı olaraq dəyişir. Aşağıda şərti işəgötürən və işə namizədin timsalında müsahibənin mümkün nümunələrdən biri verilib. İşəgötürən sual verir, namizəd isə cavablandırır. Nümunə müsahibini tam əhatə etmir, burada müxtəlif mənbələrdən 9 tipik sual toplanıb. Bu suallar konsaltinq şirkəti rəhbərlərinə mühasibat xidmətləri sektoru meneceri vakansiyası üzrə seçimdə kömək edə bilər. 

1. Əgər konsaltinq şirkətində mühasibat uçotu xidmətlərinin təşkili sizə həvalə  edilərsə hansı istiqamətlərə üstünlük verərsiniz?

Konsaltinq şirkətinin fəaliyyət göstərdiyi regionda mühasibatın inkişaf tarixini, sahibkarlıq subyektlərinin bölgü meyarlarını, onların tələbatını araşdırmaq lazımdır. Həmçinin şirkətin bulud texnologiyalarından, onlayn mühasibat proqramlarından istifadə səviyyəsi də önəm daşıyır. Yeni fəaliyyətə başlayan sahibkarlarda mühasibatın qurulması, kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotunun aparılması ən vacib sahədir. İri müəssisələrə mühasibat kargüzarlığı xidmətini təklif edərək, onların gündəlik işlərini üzərimizə götürməklə mühasiblərə məlumatların analizi üçün əlavə qazandırmaq mümkündür. Sahibkarlıq fəaliyyətinin qeydiyyatı, bank hesablarının açılması, mühasibat, vergi üzrə konsaltinq xidmətlərinə də diqqət etmək lazımdır. Müştəriləri Auditor kimdir?, «Kadr uçotu nədir? tipli suallar da maraqlandıra bilər. Yeni texnologiyaların, məsələn onlayn mühasibat proqramlarının tətbiqi konsaltinq şirkəti tərəfindən təqdim edilən xidmətin operativliyinə təsir edən amillərdəndir. 

2. Mühasibatlıq təcrübəsi, anlayışı olmayan müştərilərin problemlərini necə həll edərsiniz?

Mühasibat menecerləri müştərilərə, müəssisələrdəki digər insanlara çətin anlayışları izah etməyi bacarmalıdır. Müştərilərin əksəriyyətinin mühasibat uçotu üzrə təhsili yoxdur, uçot, vergi terminologiyaları onları dolaşdıra bilər. Onun üçün  “Vergi hesabatları nədir?” sualına cavab tapmaq ən önəmlidir. Bu prosesləri asan başa düşülən dildə aydın  izah etmək hər menecerin vəzifəsidir. Müştərinin həqiqətən konsaltinq şirkətlərindən ən yaxşısına müraciət etdiyinə əmin olması üçün düzgün ünsiyyət quraraq mühasibat uçotu anlayışlarını, mühasibatlıqda mürəkkəb prosesləri sadə formada, analogiyalardan istifadə edərək izah edərəm. 

3. Mühasibat uçotunun aparılması niyə vacibdir? Bunu müştərilərə üçün necə əsaslandırarsınız?

İdarəetmə qərarlarının qəbulunu, müştərilərlə işi asanlaşdırmaq, , maliyyə artımı üçün mühasibat uçotu qeydlərinin aparılması vacibdir. Uçot məlumatları və maliyyə hesabatları maraqlı tərəflərə şirkətin hansı səviyyədə olduğunu göstərməyə kömək edir. Düzgün mühasibat uçotu biznesin gəlirliliyini, tələblərə uyğunluğunu yoxlamağa, müştərilərlə münasibətləri qorumağa kömək edir və biznesi məhkəmə çəkişmələrindən qoruyur. Konsaltinq şirkətləri də öz xidmətlərini buna əsaslanıb qurmalıdır.  

4. Kreditor borcları (AP — Accounts Payable)  və debitor borcları (Accounts Receivable — AR) arasında fərq nədir? 

 Kreditor borclar tədarükçüdən və ya satıcıdan mal və ya xidmətlərin alınması zamanı ödənişi təxirə salınması səbəbindən yaranmış borc məbləğdir. Debitor borclar müəssisənin müştəriyə məhsul satışı zamanı sonradan toplamaq hüququna malik olduğu pul məbləğidir. Debitor borclar aktivlər, kreditor borcları isə öhdəlikdir.


Maliyyə sektorunda vakansiyalar


5. Debitor borcları ilə təxirə salınmış gəlirlər arasında fərq nədir?

Debitor borcları artıq təqdim edilmiş mal və ya xidmətlərə görə müştərilərdən alınacaq pullardır, təxirə salınmış gəlir isə, hələ təklif olunmamış mal və xidmətlər üçün müştərilərdən alınan puldur. Konsaltinq şirkəti müştəriyə debitorlarının dəqiq siyahısını vaxtında təqdim etməlidir. 

6. Şirkətin ümumi vəziyyətinin operativ icmalı üçün hansı maliyyə hesabatından istifadə edərdiniz?

Pul vəsaitlərinin hərəkəti hesabatı şirkətin təsərrüfat fəaliyyətində yaratdığı məbləği təsvir edir. Eyni zamanda, qeyd etmək lazımdır ki, bir şirkətin sağlamlığına tam baxış keçirmək üçün üç maliyyə hesabatını yoxlamaq lazımdır. Bunlar pul vəsaitlərinin hərəkəti haqqında hesabat, balans hesabatı və mənfəət və zərər haqqında hesabatdır.

7. İstifadə etdiyiniz hər hansı mühasibat proqramı olubmu?

Mühasibatlıqda müxtəlif prosesləri asanlaşdırmaq üçün fərqli mühasibat proqramları mövcuddur. Bunlardan “1C:”, “Günəş”, Hesabat”-la işləmişəm. Konsaltinq şirkəti öz proqram təminatını təqdim edərsə, onunla işləməyə adaptasiya oluna bilərəm.

8. Sizcə, avtomatlaşdırma və süni intellekt mühasibat uçotuna necə təsir edəcək?

 Mənim fikrimcə, avtomatlaşdırma və süni intellekt əla və maraqlı həllərdir.  Onlar mühasibat uçotunda əməliyyatları xeyli sadələşdirə bilərlər. Bu, xüsusilə çox təkrarlanan məsələlər üçün vacibdir. Avtomatlaşdırma və süni intellekt mühasiblərin iş yükünü azaldacaq, onlara insan müdaxiləsi tələb edən işlərə daha çox diqqət yönəltməyə imkan verəcək. Bu texnologiyalar, həmçinin, səhvləri azaldacaq və məhsuldarlığı artıracaq.

9. Mühasibat uçotu məlumatlarının etibarlığına necə əmin olmaq olar? 

Məlumatların əsa keyfiyyət meyarı olan etibarlığı, bir qayda olaraq, müəssisənin əmlakının, öhdəliklərinin vəziyyətini izləmək üçün aparılan inventarizasiya ilə təsdiqləmək olar. Bundan başqa maliyyə hesabatlarının düzgünlüyünə əminliyi artırmaq üçün təminat xidmətləri çərçivəsində həyata keçirilən həyata keçirilən audit yoxlaması da aparıla bilər. 

10.  Tutaq ki, peşə təhsili müəssisəsinin məzunu sizə müraciət edərək, onu konsaltinq şirkətinə təcrübəçi vakansiyası üzrə işə cəlb etməyi xahiş edir. İlk növbədə ona hansı sualları verərdiniz?

O, ilk növbədə uçotun müxtəlif istiqamətlərini fərqləndirməyi bacarmalıdır, yəni “ Mühasibat uçotu nədir?”, “Maliyyə və mühasibat uçotu arasında fərq varmı?”, “Mühasibat uçotunun aparılması qaydaları qanunvericilikdə necə tənzimlənir?”,  “Vergi hesabatları nədir?” kimi suallara cavab verməyi bacarmalıdır. Həmçinin kadr uçotu nədir, onun insan resurslarını idarəçiliyində rolu, audit və təftiş arasındakı fərqi də bilməlidir. Bunlar müştərinin konsaltinq şirkətləri arasında seçim edərkən ən çox diqqət verdiyi istiqamətlərdir. 

whatsapp