Cəmil Əsədov

Cəmil Əsədov
Accounting.az saytı/redaktor

Xarkov Radioelektronika İnstitutunda “EHM- in mühəndis – konstruktor – texnoloq”-u , Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADA) “Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisasları üzrə ali təhsil alıb.
Müxtəlif vaxtlarda Bakı EHM zavodunda mühəndis- konstruktor, “Azneft” istehsalat Birliyinin Zərdab ekspedisiyasında kadrlar üzrə mütəxəssis, Azərbaycan Gənclər İttifaqı Zərdab komitəsində şöbə müdiri kimi fəaliyyət göstərib.
Bank sektorunda 25 illik iş təcrübəsi var. ASB, BUSB, “Kapital Bank”-ın Zərdab filialında aparıcı mühasib, baş iqtisadçı, kredit şöbə rəisi vəzifələrində çalışıb. Paralel olaraq pedaqoji fəaliyyətlə məşğul olub, orta , texniki peşə, orta-ixtisas təhsil müəssisələrində informatika və mühasibat uçotu üzrə dərs deyib.
“Əməliyyatçı mühasib” və “Kompüter operatoru” ixtisasları üzrə (AzKÇ-də 4-cü səviyyə) “Peşə standartları”, “Kvalifikasiya standartları”, “Kurikulum” hazırlayan işçi qrupun üzvü olub.
“Gəncliyə dəstək” QHT layihəsi çərçivəsində hazırlanmış “Uğura gedən yol” kitabının (140 səh.) müəlliflərindən biri, Peşə Təhsili üzrə Dövlət Agentliyində “Əməliyyatçı mühasib” ixtisası üzrə hazılanmış 5 dərsliyin müəllifidir.
Boş vaxtlarında bədii tərcümə ilə məşğul olur – Hüqonun “Səfillər”inin motivləri əsasında hazırlanmış “Qavroş” (96 səhifə), Ceyn Ostinin “Emma” əsərləri (480 səhifə) onun tərcüməsində “Qanun” nəşriyyatında nəşr edilib.

whatsapp