GAAP yaxud mühasibat uçotunun prinsipləri nədir?

mühasibat uçotunun prinsipləri, mühasibat uçotu,
Ekspert yazıları

Cəmil Əsədov – redaktor/Zərdab PL – müəllim

“Muhasibat uçotu prinsipləri” anlayışı haqqında

Azərbaycanda uçot qanunvericiliyi “mühasibat uçotu prinsipləri” anlayışına tərif vermir. Amma muhasibat ucotunun prinsipleri olmadan mühasibatın elm kimi formalşması, inkişaf etməsi mümkün olmazdı, məhz bu muhasibatlıq prinsiplərinin müəyyən ediıməsini zəruri edir.

İzahlı lüğət “prinsip” anlayışını (latınca “principium” – başlanğıc) nəzəriyyənin fundamental əsası, başlanğıcı kimi şərh edir. Deməli, mühasibat uçotunun prinsipləri bir elm kimi mühasibatın əsası, başlanğıc nöqtəsidir.

R. Antoni J. Rees qeyd edirdilər ki: “Mühasibat uçotunun qayda və razılaşdırılmış anlayışları, adətən, prinsiplər adlanır. … “prinsip” sözü fəaliyyət üçün təlimat kimi qəbul edilmiş və ya elan edilmiş ümumi qanun və ya qaydalar mənasında işlənir yaxud razılaşdırılmış mövqe, davranış və ya təcrübənin əsası hesab olunur.”

Muhasibat ucotunun prinsipleri bir neçə əsas konsepsiyaya əsaslanır. Onlar insanlar tərəfindən hazırlanır, fizika, kimya, habelə digər təbiət elmlərinin qanunlarından fərqli olaraq “əbədi həqiqət” deyil.

Mühasibat uçotu prinsiplərinin mənbələri

Muhasibat uçotu fəaliyyət göstərdiyi mühitlə müəyyən edilir. Hər bir ölkənin öz tarixi, öz dəyərləri, öz siyasi sistemi var. Bu fərqlər həm iqtisadi fəaliyyətin təşkilinin mövcud formalarının müxtəlifliyi, həm də xarici amillərin (siyasi, iqtisadi, sosial, coğrafi) uçot praktikasına təsiri ilə bağlıdır. Məsələn, ABŞ-la digər ölkələrdə mühasibat uçotunun prinsipləri əhəmiyyətli dərəcədə fərqlənir.

Digər tərəfdən, uçot milli sərhəd tanımır. Uçot texnologiyaları ixrac – idxal olunur, bu da müxtəlif ölkələrdə tətbiq edilən uçot sistemlərinin oxşarlığına təsir edir. Nəticədə, müxtəlif ölkələrin mühasibat uçotu prinsipləri bir-birinə yaxınlaşır.

Mühasibatın əsasını ümumi qəbul edilmiş muhasibat ucotunun prinsipleri adlanan qaydaların məcmusu təşkil edir. Həmin prinsiplərin mənbələri, metodoloji əsasları beynəlxalq, həmçinin milli uçot standartlarını müəyyən edən bir sıra qurumlar tərəfindən hazırlanır. Bunlardan bəziləri ilə tanış olaq.

Maliyyə Uçotu Standartları Şurası (FASB) 1973-cü ildə təşkil edilib, ABŞ-da yerləşir. Şura daimi üzvlərdən ibarətdir. Onlar yeni prinsiplər hazırlayan yaxud mövcud olanları yeniləyın aparıcı mühasiblərdir. Maliyyə uçotu standartları şurası qeyri-hökumət təşkilatıdır, təsərrüfat müəssisələrinin töhfələri hesabına maliyyələşdirilir. FASB ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) tərəfindən ictimai şirkətlər üçün müəyyən edilmiş standart kimi tanınır.


Mühasibat uçotunun əsaslarını öyrənmək istəyirsən? Bizmlə əlaqə saxla! 


SEC rəsmi saytında öz missiyasını belə elan edir:

  • investorları müdafiə etmək;
  • ədalətli, nizamlı, səmərəli bazarları qorumaq;
  • kapitalın formalaşmasını asanlaşdırmaq.

İlkin mərhələdə ona ümumi qəbul edilmiş mühasibat uçotu prinsipləri təşviq etmək həvəalə edilişdi, lakin zaman keçdikcə standartların müəyyən edilməsi məsələləri FASB və onun sələflərinə həvalə edildi.

Digər ölkələrdə muhasibat ucotunun prinsipleri Amerikanın qəbul etdiyi prinsiplərindən fərqlənə bilər, amma əsas demək olar ki, eynidir.  Buna görə də, 1973-cü ildən başlayaraq Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsi (IASC) bütün ölkələrdə istifadə üçün muhasibat ucotunun prinsiplerini ümumiləşdirən bir sıra bülletenlər nəşr etdi. 1 iyul 2000-ci il tarixindən etibarən yeni Nizamnamə qüvvəyə mindi. Nizamnaməyə əsasən standartları müəyyən edən orqan Beynəlxalq Muhasibat Uçotu Standartları Şurası (IASB) adlandırıldı.

Hazırda bu şura və Beynəlxalq Davamlılıq Standartları Şurası (ISSB) IFRS fondu (Beynəlxalq Maliyyə Hesabatlarının Standartlqrı – BMHS) tərkibində mühasibat uçotunun beynəlxalq satandartlarını müəyyən edir. Standartlar müxtəlif konsepsiyalar, habelə prinsipləri nəzərə almaqla hazırlanır.


Azərbaycanda beynəlxalq standartlara uyğun mühasibat hesabatları


GAAP nədir?

Azərbaycan bu gün dünya birliyinin bir hissəsidir, beynəlxalq iqtisadiyyatın qurulmasında fəal iştirak edir. Buna görə də ölkədə mühasibat uçotunun və maliyyə hesabatlarının tərtibi qaydalarının islahatı, onların bütün dünyada qəbul edilmiş beynəlxalq uçot normalarına mümkün qədər yaxınlaşdırılması zəruridir.

Ümumi qəbul olunmuş mühasibat uçotu prinsipləri yaxud GAAP (ing. Generally Accepted Accounting Principles) ölkənin  milli uçot qanunvericiliyənə uyğun müəyyən zaman çərçivəsində mühasibat uçotunun tətbiqini əhatə edən normalar, qaydalar, proseduralardır. Bu gün beynəlxalq səviyyədə tanınmış maliyyə hesabatlarının hazırlanmasını tənzimləyən iki standart dəsti mövcuddur.

Baxmayaraq ki, ABŞ GAAP-ın adlnda “ümumi qəbul edilmiş” ifadəsi var, o müxtəlif ölkələrdə fərqlənir, amma ümumi cəhətləri çoxdur.

Mühasibat uçotu prinsiplərinin məqsədi şirkətlər, biznes konsentrasiyaları arasında ümumi uçot dili yaratmaqdır ki, bunlar:

  1. Mühasibat hesabatlarının oxunaqlılığını artırır;
  2. Maliyyə hesabatlarının keyfiyyətini yaxşılaşdırır;
  3. İnvestorlara şirkətləri müqayisə etməyə kömək edir.

Mühasibat uçotunun prinsipləri, onların ətraflı izahı barədə buradan oxuya bilərsiniz.

whatsapp