Mühasibat uçotu və audit üzrə ekspert Ramin Ramazanovla müsahibə
Sahibkara ən pis təsir edən nədir? İflas? Bəlkə də, amma pul vəsaitlərinin hərəkətinə lap başlanğıcdan müntəzəm nəzarət sayəsində zərərli fəaliyyətin qarşısını almağın mümkünlüyünü anlamaq sahibkara daha çox təsir edir. Sonradan peşman olmamaq üçün mühasibat uçotunun aparılması qaydalarını bilmək lazımdır. Aktlar, üzləşmə sənədləri, sərəncamlar – bunları kağız parçaları hesab etsək də, biznesin uğurlu inkişafının arxasında onlar dayanır. Muhasibat ucotunun aparılması qaydaları, onların tətbiq istiqamətlərini bilmək yalnız satışa deyil, həm də bütövlükdə biznes fəaliyyətinə nəzarət etməyə imkan verir.
Əlbəttə, sahibkara mühasibat uçotunun bütün xırdalıqlarına bələr olmaq vacib deyil, bunun üçün daxili mühasibatlıq xidməti, sərbəst mühasiblər, autsorsinq şirkətlər var. Amma mühasibat uçotunu əsasları haqqında minimum biliklərə malik olmaq uğurlu fəaliyyət üçün önəmlidir.
Azərbaycanda mühasibat uçotunun aparılması qaydaları “Mühasibat uçotu haqqında qanun” və digər qanunvericilik aktları ilə tənzimlənir. Bu gün qloballaşma, beynəlxalq iqtisadi inteqrasiya uçotunda beynəlxalq standartlara uyğun aparılmasın tələb edir. Maliyyə Nazirliyinin 2017-ci ilin yanvar ayında təsdiq etdiyi “Maliyyə hesabatlarının beynəlxalq standartlarına və kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına əsasən muhasibat ucotunun aparılması qaydaları” uçotun beynəlxalq standartlar uyğunlaşdırılmasına xidmət edir.
Bu qaydalar müəssisələrdə mühasibat uçotunun qurulmasını, maliyyə hesabatlarını necə tənzimləyir?
Qanunvericilikdə olan dəyişikliklər mühasibin peşəkar fəaliyyətinə necə təsir edəcək?
Vergi Məcəlləsində edilən dəyişikliklər 2022-ci ildə mühasibat uçotunun aparılmasında hansı yeniliklər vəd edir?
Bunlar sahibkarları, uçot işçilərini daim maraqlandıran suallardandır. “Sahibkar vaxtı”nın növbəti buraxılışında bu kimi sualları verilsin qonağı Accounting.Az konsaltinq şirkətinin direktoru Ramin Ramazanov cavablandırır.
Ramin Ramazanov muhasibat uçotu, vergitutmaya aid çoxsaylı məqalələrin müəllifidir. Ümumi aylıq istifadəçi sayı 70-100 min civarında olan www.muhasiabat.az , www.audit.az, www.vergi.az elektron resursların, mühasibat uçotu, vergi, audit təlimləri üzrə ixtisaslaşmış “Azərbaycan Mühasiblər Məktəbinin” təsisçisi, ölkəmizdə online muhasibat tətbiqləri sektorunda çalışan “Techfin” şirkətinin həmtəsisçidir.
Qeyd edək ki, veriliş Azərbaycan Beynəlxalq Bankı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “ASAN Radio”nun sahibkarların maarifləndirilməsinə yönəlmiş birgə layihəsidir.
Ramin müəllimə görə “Azərbaycan mühasib peşəsi ən çox tələbat olan peşələrdəndir.”
“Yaxın adamın şirkətdə mühasib kimi işləməsi yaxşı haldır yoxsa pis?” sualına isə cavabı belə olub: “Şirkət rəhbərinə yaxın olan, tanıdığı savadlı mütəxəssisin şirkətdə mühasib yaxud baş mühasib işləməsinin müsbət tərəfləri var… Amma pis cəhəti odur ki, bir şey olsa heç nə edə bilməyəcək.”
Müsahibədə mühasibat uçotunun aparılması qaydaları, mühasibatlıqda olan yeniliklər haqqında sahibkarlara məlumat verilir, 2022-ci ildə muhasibat ucotunun aparılması qaydalarında olan dəyişiklər şərh edilir.
Həmin müsahibəni Youtube kanalımızdan izləyə bilərsiniz.
Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı aşağıdakı nömrələrimizə zəng edib tanış ola bilərsiniz.