“Azərbaycan Mühasiblər Məktəbi”: “Mühasib köməkçisi hazırlanması” kursu
Kəmalə Rzayeva
Mühasib köməkçisi? O kimdir?
Mühasib köməkçisi mühasibat sahəsində karyera nərdivanında ilkin pillədir. İş elanlarında bu vəzifə üzrə vakansiyalara tez-tez rast gəlmək olar. Hələ universitet tələbəsi olarkən və ya kolleci bitirdikdən dərhal sonra bu işdə çalışmaq mümkündür. Əgər bilik və bacarıqlarınız uyğun səviyyədə deyilsə ixtisaslaşmış mühasibat kurslarına müraciət edə bilərsiniz. Adətən bu vəzifədə bir-iki ildən sonra mühasib və daha peşəkar yüksəliş üçün bir fürsət yaranır. Böyük şirkətdə köməkçi kimi işləmək müəssisələrdə mühasibat uçotunun aparılmasının bütün nüanslarını öyrənməyə və sonradan daha çox bəyəndiyini seçməyə imkan verir.
Mühasib köməkçisi müəssisənin mühasibat uçotuna cavabdeh olan maliyyə mütəxəssisinin göstərişlərini yerinə yetirən mühasibdir. Mühasib köməkçisinin gördüyü ən sadə iş-hesab-fakturaları, əmtəə-nəqliyyat qaiməsi, kassa mədaxil və məxaric sənədləri hazırlamaqdı. Müxtəlif fondlara, təşkilatlara hesabatların təqdim edilməsi də ona həvalə edilir. Mühasib köməkçisinin ən çətin vəzifələrinə sadə mühasibat əməliyyatlarının – müəyyən hesablar üçün müxabirləşmələrin, həmçinin ilkin sənədlərin işlənməsi aid etmək olar.
Mühasib köməkçisi üçün digər vəzifə adları da mövcuddur, məsələn:
Mühasib köməkçisi kimi işə düzəlmək istəyən şəxs:
İş təcrübəsi olmayan, xüsusi ixtisas kurslarını, hətta universitetləri bitirmiş şəxslər mühasib köməkçisi kimi işə düzəlmək istəyirlər. Çünki onlara iş təcrübəsi və staj lazımdır.
“Azərbaycan Mühasiblər Məktəbi”-nin təqdim etdiyi “Mühasib köməkçisi” kursunda sizi gələcək karyeranızda təmin edə biləcək bilik və bacarıqlar əldə edə bilərsiniz. Siz həmçinin mühasibat və vergi uçotunun müxtəlif aspektlərini əhatə edən digər kursları da çeçə bilərsiniz! Ətraflı məlumat burada!
Mühasib köməkçisinin əsas fəaliyyət sahələri
O hansı professional bacarıqlara malik olmalıdır?
Professional tələblər onun çalışdığı fəaliyyət sahəsinə görə dəyişir. Nümunə kimi bunları göstərmək olar:
Bu siyahını uzatmaq da olar, amma, qısaca qeyd edək ki, uğurlu mühasib köməkçisinin tipik keyfiyyətlərinə aşağıdakıları daxil edə bilərik:
“Azərbaycan Mühasiblər Məktəbi”-nin “Mühasib köməkçisi” kursunun tədris proqramı qeyd edilən istiqamətləri əks etdirir, mühasib köməkçisi üçün praktik fəaliyyətdə əhəmiyyətli rola oynayan bilik və bacarıqları əhatə edir. Tədris proqramı ilə ətraflı buradan tanış ola bilərsiniz!
Mühasib köməkçisinin vəzifələri
Mühasib köməkçisi nəzərdə tutulmuş əmək vəzifələrinin pozulmasına görə məsuliyyət daşıyır. Yanlış davranış nəticəsində müxtəlif dərəcədə məsuliyyət yarana bilər:
İntizam məsuliyyəti – mühasib köməkçisi tərəfindən əmək intizamı pozulduqda yaranır;
Maddi məsuliyyət – müəssisə mühasib köməkçisinin səhv davranışı nəticəsində maliyyə itkilərinə məruz qalır. Dəymiş maddi ziyan işçi tərəfindən tam ödənilməlidir;
İnzibati məsuliyyət – mühasib köməkçisi tapşırılan işin yerinə yetirilməsi qaydasını və müddətlərini pozduqda yaranır;
Cinayət məsuliyyəti – mühasib köməkçisi cinayət qanunvericiliyini pozduqda yaranır.
Təbii ki sizi “Mühasib köməkçisi” kursunda tədrisin necə aparıldığı, ödəniş, şərtlər və sair də maraqlandırır. Buradan sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.
Mühasib köməkçisi kimi işləmək işçiyə mühasibat uçotu sahəsində çox yönlü biliklər əldə etməyə imkan verir. Belə ki, bu vəzifədə o, mühasibat uçotunun müxtəlif sahələrinə cəlb oluna bilər. Mühasib köməkçisi kimi işləyərkən işçi müəyyən əməliyyatları yerinə yetirmək bacarıqlarını inkişaf etdirir, mühasibat və vergi uçotunun müxtəlif sahələri üzrə nəzəri biliklər toplayır.