Kəmalə Rzayeva

Baş mütəxəssis/mühasibat və vergi uçotu üzrə ekspert/təlimçi.

“Mühasibat uçotu” ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Bakı Mühəndislik Universitetində magistr təhsili alıb. Hal-hazırda təhsilini ADİU-nun doktorantura şöbəsində davam etdirir.
2004-cü ildən etibarən fəaliyyət istiqaməti fərqli olan müəssisələrdə mühasibatlıqda çalışıb. “Karvan-L” elmi istehsalat şirkəti, “Azinterval” MMC, “Azərtunel” MMC, “As-İnşaat N” MMC kimi müəssisələrdə baş mühasib vəzifəsində işləyib.
Vergi hesabatlarının hazırlanması, mühasibat uçotu, praktiki mühasibatlıq, 1C mühasibat proqramı, beynəlxalq maliyyə uçotu üzrə təlimçidir. Tətbiqi, praktiki mühasibat və vergi uçotu sahəsində çoxillik təcrübəyə malikdir.