19 dekabr 1965-ci ildə Oğuz rayonunda anadan olub. Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” ixtisası üzrə tam ali təhsil alıb.
1990-2002-ci illərdə Oğuz rayonu üzrə Vergilər şöbəsində, 2003-2004-cü illərdə 10 saylı Ərazi Vergilər İdarəsində, 2004-2006-cı illərdə Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyində müxtəlif vəzifələrdə çalışıb.
2006-2020-ci illərdə “AtaHolding” ASC-də, 2007-2017-ci illərdə “AtaBank” ASC-də əvəzçilik üzrə, 2009-2020-ci illər ərzində “AtaSığorta” ASC-də əvəzçilik üzrə fəaliyyətini davam etdirib.
Ailəlidir, iki övladı var.