Ekspert: Kəmalə Rzayeva – Baş mütəxəssis/mühasibat və vergi uçotu üzrə ekspert/təlimçi
Əmək haqqının hesablanması metodları
İşə düzələn işçinin ilk növbədə maraqlandığı, işinə görə alacağı ödənişdir. Əmək haqqının hesablanması zamanı vaxtamuzd formanın tətbiq edildikdə, əsasən, işçinin aylıq əmək haqqı razılaşdırılır. Amma ayın sonunda ələ alınmış pulun miqdarı razılaşdırılmış əmək haqqından fərqlənir. Bəzən əmək haqqının hesablanması qaydası qanunvericilikdə olan dəyişikliklərə görə əvvəlki illərdən fərqlənir. Məsələn, əmək haqqının hesablanması 2021-ci ildə İcbari məcburi tibbi sığortanın tətbiqi bağlı, kiçik də olsa dəyişikliyə məruz qaldı. Buna görə də işçidə əmək haqqının hesablanması düzgülüyünün yoxlanması istəyi yaranır.
İşə qəbul zamanı tərəflər arasında özündə işə qəbul tarixini, ödəniləcək əmək haqqını, əlavə ödənişləri əks etdirən əmək müqaviləsi bağlanılır. Mühasibatlıqda bu müqaviləyə uyğun olaraq əmək haqqının hesablanması və ödənişinin uçotu aparılır. Hesablamalar zamanı əsas ilkin məlumatlar və əlavə təsir edici amillər nəzərə alınır. Bütün bunları əks etdirmək üçün əmək haqqının hesablanması cədvəli tərtib edilir.
Əsas məlumatlara aşağıdakılar aid edilir:
Əlavə təsir edici amillərə bunlar daxildir:
Əmək haqqının hesablanması 2021-ci ildə məcburi tutulmaların tərkibinə görə əvvəlki illərdən icbari tibbi sığorta haqqının tətbiqinə görə fərqlənib. Əmək haqqının hesablanması qaydası 2022-ci ildə isə İTS haqları üzrə bəzi güzəştlərin tətbiq edilməsi ilə əlaqədar dəyişikliyə məruz qalıb.
Hər bir işçi müxtəlif metodlardan istifadə etməklə əmək haqqını hesablayıb, öz maaşını tapa bilər, məsələn:
Əmək haqqı hesablanmasının elektron vasitələri
Qeyd etdiyimiz kimi, əsas ilkin məlumatlar və əlavə təsir edici amillər əmək haqqının hesablanması cədvəlinin tərtibinə təsir edir. Əvvəllər hesablamalar əl ilə aparılırdı. Bu qeyri-dəqiqliyə şərait yaradır, vaxt itkisinə səbəb olurdu. Hazırda əmək haqqının hesablanması cədvəli hazırlanarkən Excel proqramından daha çox istifadə olunur. Buna səbəb Excel –in imkanlarının genişliyidir.
Əmək haqqı hesablanması cədvəlini şərti olaraq 4 hissəyə ayıra bilərik:
Tərtib edilmiş cədvəl işəgötürən üçün əmək haqqının hesablanması və ödənişinin uçotu üçün əsas sayılır.
Excel-də müəyyən biliklərə sahib işçi özünün və yoldaşlarının alacağı maaşı elektron cədvəldə hesablaya bilər. Əmək haqqı hesablanması işçilər tərəfindən onlayn kalkulyatorda da aparıla bilər. Belə kalkulyatorda aylıq əmək haqqı məbləğini və iş kateqoriyasını daxil etməklə asanlıqla ələ alınacaq məbləği tapmaq olar.
Əmək haqqının hesablanması və ödənişinin uçotu işçi üçün önəm daşımır, amma işəgötürən üçün bu ən aktual sahələrdən biridir. Tutulmalar, əmək haqqının hesablanması cədvəlinin tərtibi, əmək haqqının hesablanması qaydası, 2021 və 2022-ci ildə hesablamada olan dəyişikliklər barədə “Accounting.Az” konsaltinq şirkətinin təqdim etdiyi vebinarda ətraflı tanış ola bilərsiniz.