“Azərbaycan Mühasiblər Məktəbi”: vergilər və mühasibat dünyasında bələdçiniz

Azərbaycan Mühasiblər Məktəbi
Yeniliklər

Ramin Ramazanov – “Azərbaycan Mühasiblər Məktəbi”nin təsisçisi

Mühasibatlıq  kursları lazımdırmı?

Mən “Bəli, lazımdır” deyərdim. Ona görə yox ki, mühasibat, vergi, kadr uçotu sahəsində ixtisaslanmış şirkətin rəhbəri, “Azərbaycan Mühasiblər Məktəbi”nin təsisçisiyəm. Məni qeyri-səmimilikdə günahlandırıb, “Əgər müstəqil öyrənmək olarsa və İnternet, kitablar varsa mühasibat kursları nəyə lazımdır?” sualını verə bilərsiniz. Belə vəziyyəti təsəvvür edək – üzmək öyrənmək istədiyiniz zaman üzgüçülük üslubları haqqında mühazirə dinləyərdiniz yoxsa peşəkar təlimatçı ilə əlaqə saxlayarsınız? Hansı daha səmərəlidir?

Karyera dənizi fırtınalıdır, müxtəlif axınlar var  – bunun öhdəsindən təkbaşına gəlməyə vaxtınızı və gücünüzü sərf etməyə dəyərmi? Kurslar ən yaxşı seçimdir. Niyə? Çünki:

  • kurslarda yalnız lazım olan informasiyanı alırsınız;
  • velosipedi yenidən icad etməyə ehtiyac yoxdur – siz açılmış cığırla gedirsiniz;
  • praktik bacarıqlar qazanmağa az vaxt sərf edirsiniz;
  • sizi həmfikir insanlar əhatə edib, məqsədiniz aydın, motivasiyanız yerindədir;
  • sizə dəstək göstərən insanlar var, sualların cavabı hazırdır;
  • keyfiyyətli təhsil üçün şərait yaradılıb, təlimdə real nəticələr əldə edirsiniz.

Mühasibat kursu kimin üçün faydalıdır?

“Mühasibat uçotu kurslarına gəlin!” – yəqin belə çağırışla bu sahəyə aid olanlar çox rastlaşıb. Və insanda istər-istəməz sual yaranır: “Niyə gəlməliyəm? Kurs mənə nə verəcək?”

Kurs kimə faydalıdır? Hamıya! Siz kurslarda bacarıqlarınızı artırırsınız, öyrənirsiniz, inkişaf edirsiniz. Məhz kurslar peşəni tez, səmərəli və ən qısa müddətdə öyrənməyə imkan verir. Yalnız kurslarda siz real təcrübə keçirsiniz. Kursdan sonra öz peşənizdə rahat işləyə bilərsiniz. Məhz kurslarda mühasibat uçotunda, vergi qanunvericiliyində olan dəyişikliklərdən, müasir texnologiyalardan xəbərdar olur, daha çox öyrənirsiniz.

Sizin biznesiniz var, biznesi  necə qurmağı bilməlisiniz. Kurslar olmadan nə edəcəksiniz? “İnternet, qanunvericilik aktları var” – deyəcəksiniz. Düzdür,  bunlar var.  Amma İnternetdə informasiya axını çoxdur, bəziləri isə köhnəlmişdir, harada, nəyi axtarmağı bilmək lazımdır. Hələ mühasibat uçotun aparılması, hesabatların təqdim edilməsi, kadrların uçotu, işə qəbul prosesi, əmək haqqının hesablanması və ödənilməsi, yoxlamalar… Nə etməli? Kurslara müraciət edin.

Accounting.Az konsaltinq şirkəti“Azərbaycan Mühasiblər məktəbi” bu məqsədlə mühasibat kursları və vergi  təlimləri təşkil edir. Kursları bitirdiniz, niyə pul qazanmayasınız? Necə qazanmalı? Siz mühasibat xidmətləri göstərə, vergi məsləhəti təşkil edə bilərsiniz.

Mühasib peşəsi həmişə tələb olunan və populyardır. Demək olar ki, hər bir universitet  mühasibat uçotu mütəxəssisi hazırlayır. Beləliklə, məntiqli sual: bəs mühasibat kursları nə üçündür? Bu bir sualın bir neçə cavab ola bilər.


Sizə uyğun mühasibat və vergi kursunu seçin


Mühasibat kursları yoxsa ali təhsil?

Birincisi, ali təhsil, əsasən, nəzəri biliklər verir, məzunların isə praktiki iş üçün lazım olan bilikləri yoxdur. Bu cür bilikləri kurslarımızda əldə etmək olar.

Siz tələbəsiniz? Məzunsunuz, iş tapmaq çətindir, testdən keçə bilmirsiz, təcrübıniz yoxdur? Bizim kurslara gəlin! Biz sizi öyrədərik! İmtahanlardan problemsiz keçmək, debet, kredit, balans nə olduğunu başa düşmək istəyirsiz? Bunun üçün bizim mühasibat uçotu kurslarında sıfırdan daha dərin biliklər əldə etmək olar.

Nəzəriyyə yoxsa təcrübə?

İkincisi, bəzən iqtisadi təhsili olmayan insanlar mühasib peşəsinə müraciət edir. Onlar işin əvvəlində bir çox çətinliklə üzləşirlər. Qanunları və onların izahlarını, vergilərin hesablanması və ödənilməsi qaydalarını, müxtəlif uçot sistemlərinin xüsusiyyətlərini başa düşmək lazımdır. Burada mühasibat kursları kömək edir.

Menecerlər üçün mühasibat uçotu kursları

Üçüncüsü, çox vaxt kiçik müəssisə rəhbərləri pula qənaət etmək üçün mühasibat uçotunu özləri aparır. Bu zaman onlar başqa ixtisaslardan bu peşəyə gələn mühasiblərlə eyni problemlərlə üzləşir.

Mütəxəssislər üçün mühasibatda olan yeniliklərlə tanış olmaq həmişə vacibdir

Mühasibatlıq kurslarına təkcə yeni başlayanlar müraciət etmir. Peşəsində öz yerini tutmuş mütəxəssislər mühasibatlıq kurslarına niyə ehtiyac duyurlar? Onların əsas məqsədi mühasibat uçotunun yeni sahələrinin inkişafı, qanunvericilikdə mövcud dəyişikliklər, innovativ uçot metodları ilə tanış olmaqdır.

Bundan əlavə, peşəkarların da işində fasilələr ola bilər. Peşəyə qayıtmaq və dərhal “sükan arxasında durmaq” bəzən çətin olur. Bizim kurslarda bilikləri yeniləmək, qanunvericilikdəki mühüm dəyişiklikləri öyrənmək və lazımi praktiki bacarıqları əldə etmək imkanı var.

Siz analıq məzuniyyətində olmusunuz, yaxud digər səbəblərdən mühasibatlıqda bir müddət aralı düşmüsünüz, qanunvericilikdə, mühasibatlıqda isə çox şey dəyişib? Bunun üçün bizim tədris mərkəzində mühasibat uçotu üzrə biliklərin bərpası, həmçinin ixtisasartırma kursu fəaliyyət göstərir.

Əgər siz bir neçə ildir ki, mühasib kimi işləyir, eyni əməliyyatları yerinə yetirirsiniz və peşəkar yüksəlişə nail olmaq istəyirsinizsə bizim kurslara müraciət edin. Kursu bitirdikdən sonra siz baş mühasib, baş mühasib müavini işləyə, sahibkarın uçotunu apara, mühasibat proqramlarında sərbəst uçot qura biləcəksiniz.

Kimə müraciət etməli?

Əlbəttə bizə! Bakıda mühasibat uçotu kursları üçün bizim “Azərbaycan Mühasiblər Məktəbi”nə müraciət edə bilərsiniz. Biz həmçinin “Mühasibat kargüzarlığı”, “Əmək haqqının hesablanması” , vergilər üzrə müxtəlif istiqamətli kurslar təklif edirik.

Niyə “Azərbaycan Mühasiblər Məktəbi”?

  • Siz uğur üçün çalışırsınız. Biz də.
  • Sizin məqsədiniz karyera yüksəlişidir, bizim məqsədimiz bunu təmin etmək.
  • Siz iddialısınız. Biz də.
  • Siz işəgötürənlərdən ən yaxşı təklifləri almağa çalışırsınız, biz intensiv təlim sahəsində ən yaxşılardanıq.
  • Siz tələbkarsınız. Biz də.
  • Sizin etibarlı, peşəkar biliklərə ehtiyacınız var, biz yalnız peşəkarlarla işləyirik. Onların təcrübəsi bizim ümumi uğurumuzun açarıdır.

Birlikdə öyrənək, birlikdə böyüyək!

whatsapp