Mühasibat konsultasiyası

Автор: Huseyn от 15-02-2016, 02:00
Mühasibat konsultasiyasıHər il Azərbaycan Qanunvericiliyinə dəyişikliklər edilir və yeni normalar əlavə edilir. Biznes sahibləri bütün bu norma və dəyişiklikləri izləməli və xəbərdar olmalıdırlar. Bu isə çox çətin və bəzən mümkünsüzdür. Məhz bu səbəbdən iş adamlarında mühasibat konsultasiyalarına müraciət etmək ehtiyacı yaranır.

Konsultasiya zamanı mütəxəssislər müştərilərilə yaranmış problemi tam həll edənədək işləyirlər. Lazım gələrsə onlayn-görüş təşkil olunur və müştərinin probleminin həlli yolları araşdırılır. Daimi müştərilər telefon vasitəsilə də məsləhətlər ala bilərlər.

Mühasibat konsultasiyalarına daxildir:
- Məlumatların öyrənilməsi
- Sənədləşmənin analizi
- Yaranmış bütün problemlərin əsaslandırılmış cavablanması
- Hesabatların qeydiyyatı üçün praktiki yardım

Vergi hesabatlarının hazırlanması

Автор: Huseyn от 15-02-2016, 01:58
Vergi hesabatlarının hazırlanmasıVergi hesabatlarının hazırlanması ehtiyacı kommersiya təşkilatları və sahibkarların vahid dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranır. Çoxfunksiyalı Accounting.Az şirkəti uzun illər ərzində vergi hesabatlarının hazırlanmasında ixtisaslaşmış təcrübəli mühasiblər komandasıdır. Profesionallar istənilən kommersiya təşkilatının etibarlı hesabatının hazırlanmasında yardım etməyə hazırdırlar

Mühasibat uçotunun optimizasiyası

Автор: Huseyn от 15-02-2016, 01:58
Mühasibat uçotunun optimizasiyasıBəzi hallarda vergi ödəyicilərinin qanunun icazə verdiyi üsullarla icbari vergilərin ödənişindən qaçmaq və ya ödəniləcək vergini azaltmaq ehtiyacı yaranır. Accounting.Az sizə təcrübəli mütəxəssislərin köməyilə tam qanuni, proqnozlara əsaslanan və səmərəli metodlarla vergi ödənişlərini minimuma endirməyi təklif edir.

Mühasibat uçotunun aparılması

Автор: Huseyn от 15-02-2016, 01:57
Mühasibat uçotunun aparılmasıMühasibat uçotunun Accounting.Az tərəfindən aparılması, regionun ən yaxşı mütəxəssisləri ilə ən sərfəli qiymətlərlə əməkdaşlıq deməkdir. Profesionallardan təşkil olunmuş komanda müxtəlif biznes sahələrində, o cümlədən istehsal, xidmət, ticarət, tikinti, müxtəlif iqtisadi fəaliyyətlər zamanı meydana çıxan məsələlərin həlli ilə məşğul olur. Uzun illərin təcrübəsi yüksək keyfiyyətli xidmətə zəmanət verir.

Mühasibat uçotunun qurulması

Автор: Huseyn от 15-02-2016, 01:51
Mühasibat uçotunun qurulmasıMühasibat uçotunun düzgün qurulması istənilən müəssisənin uğurlu inkişafının zəmanətidir. Eləcə də düzgün qurulmuş mühasibat uçotu dövlət nəzarət orqanlarının şirkətə qarşı hər hansı iddia qaldırmasını önləyir. Ən kiçik səhv belə çox ciddi mübahisələrə səbəb olur və hətta təcrübədən də göründüyü kimi uzun müddət davam edən məhkəmə proseslərinə qədər aparır. Məhz bu səbəbdən mühasibat uçotunun qurulması ilə ixtisaslı mütəxəssis məşğul olmalıdır.

Accounting.Az əməkdaşları müştərilərə düzgün mühasibat uçotunun qurulmasında hərtərəfli dəstək göstərməyə hazırdır. Biznes sahiblərinə sərfəli qiymətlə mühasibat hesabatlarının sifariş edilməsini təklif edirik. Xidmətlərin icra olunması üçün yalnız təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunur.

Məxfilik, qarşılıqlı hörmət və məsuliyyət, legitimlik, səlahiyyətlərin icrasına zəmanət və müştərilərin maraqları həmişə prioritetlərimiz olaraq qalacaq.