Mühasibat konsultasiyası

Mühasibat konsultasiyasıHər il Azərbaycan Qanunvericiliyinə dəyişikliklər edilir və yeni normalar əlavə edilir. Biznes sahibləri bütün bu norma və dəyişiklikləri izləməli və xəbərdar olmalıdırlar. Bu isə çox çətin və bəzən mümkünsüzdür. Məhz bu səbəbdən iş adamlarında mühasibat konsultasiyalarına müraciət etmək ehtiyacı yaranır.

Konsultasiya zamanı mütəxəssislər müştərilərilə yaranmış problemi tam həll edənədək işləyirlər. Lazım gələrsə onlayn-görüş təşkil olunur və müştərinin probleminin həlli yolları araşdırılır. Daimi müştərilər telefon vasitəsilə də məsləhətlər ala bilərlər.

Mühasibat konsultasiyalarına daxildir:
- Məlumatların öyrənilməsi
- Sənədləşmənin analizi
- Yaranmış bütün problemlərin əsaslandırılmış cavablanması
- Hesabatların qeydiyyatı üçün praktiki yardım