“Kadr kargüzarlığının əsasları 2024” kursu

Kadr kargüzarlığının mahiyyəti  

Respublikamızın ərazisində yaşayan hər bir şəxsin AR Konstitusiyasında təsbit edilmiş əmək hüququ vardır. İşə qəbul olunan şəxslər əmək qanunvericiliyi sistemi ilə tənzimlənən əmək münasibətlərinə daxil olunurlar.  İşə qəbul edilmiş hər bir işçi müəssisənin kadrları, insan resursları hesab edilir. Müəssisələrdə kadrlarla işin təşkili, kadr kargüzarlığının aparılması ilə bir qayda olaraq, kadrlar şöbəsi məşğul olur. Amma bir çox halda, əsasən də, kiçik müəssisələrdə bu iş mühasibat işçisinə həvalə edilir. Eyni zamanda, müəssisədə insan resursları ilə məşğul olan müvafiq struktur vahidi olsa belə, mühasibatlıqda əməkdaşlar üzrə müəyyən kadr uçotu işləri aparılır. 

“Accounting.az” konsaltinq şirkəti tərəfindən təklif edilən “Kadr kargüzarlığının əsasları 2024” kursu dinləyiciləri müəssisələrdə kadr kargüzarlığının 2024-cü ilin tələblərinə uyğun aparılması qaydaları ilə tanış edir.

Tədris müddətində siz əmək münasibətlərinin rəsmiləşdirilməsi, İş vaxtının rejimi, İstirahət vaxtının müəyyən edilməsi və sənədləşdirilməsi, əmək haqqının müəyyən edilməsi kimi istiqamətlərdə layihələr hazırlayacaq, gördüyünüz işlərin  portfoliosunu yaradacaqsınız.

Kursdan kimlər faydalana bilər?

  • müəssisə rəhbərləri;
  • fərdi sahibkar;
  • kadr xidmətinin əməkdaşları;
  • kadr kargüzarlığını aparan mühasiblər;
  • yeni baslayanlar, tələbələr;
  • kadr kargüzarlığı məsələlərində bacarıqlarını artırmaq istəyən hər kəs.

Bakıda autsorsinq bazarının təcrübəli iştirakçısı “Accounting.az”-ın  işçi heyəti peşəkar mütəxəssislərdən formalaşıb. Bizim əməkdaşlar sizə mühasibat, vergi, kadr uçotunun müxtəlif sahələrində peşəkar mütəxəssis kimi yetişməyinizdə dəstək olacaqlar. 

Təlimin nəticəsi

“Kadr kargüzarlığının əsasları 2024” kursunun sonunda siz, işə qəbuldan tutmuş işdən çıxarılana qədər əmək münasibətlərini rəsmiləşdirməyi, kadr sənədlərini tərtib etməyi, kadr sənədlərinin saxlanmasına olan tələbləri öyrənəcəksiniz. Siz:

  • əmək müqaviləsi bağlayacaq yaxud xitam verəcək, kadrların kargüzarlığının əsaslarını mənimsəyəcək;
  • əməkdaş axtarışı, seçim, uyğunlaşma, təcrübəçi ilə iş, insan resurslarının hazırlanması kimi işləri biləcək;
  • kadrlar üzrə mütəxəssisi kimi işləyə yaxud mühasib kimi işləyərək kadr mütəxəssisinin işini də aparmağı bacaracaq;
  • iş və istirahət vaxtını, əmək haqqını müəyyən edəcəksiniz.

Kursun mövzuları aşağıdakı kimi qruplaşdırılıb: 

  • işəgötürənin məcburi lokal normativ hüquqi aktları; 
  • kadr uçotunun aparılması zamanı şəxsi məlumatların mühafizəsinin təşkili;
  • işə qəbul və onun rəsmiləşdirilməsi;
  • iş vaxtının rejimi;
  • istirahət vaxtının müəyyən edilməsi və sənədləşdirilməsi;
  • işçilərin əmək müqaviləsinə xitam verilməsi;
  • kadr təminatı;
  • əmək haqqının müəyyən edilməsi və ödənilməsi.

Kursun ətraflı proqramı ilə aşağıdakı keçidlərdən tanış ola bilırsiniz:

Necə? Nə vaxt? Harada? Kim?

“Kadr kargüzarlığının əsasları 2024” kursu hazırlanma mərhələsindədir. Saytımızı izləyin! 

Bizim digər kurslarla tanış olmaq üçün şəxsən müraciət edə bilərsiniz. Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünavanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

whatsapp