Kadr auditi

Kadr auditiKadr auditi şirkətin sənədlərinin qanunvericiliyin və digər hüquqi aktların normalarına uyğun olub-olmamasının yoxlanmasından, yol verilmiş yanlışlıqların müəyyən edilərək aradan qaldırılmasından, yanlışlıqların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasından ibarətdir. Kadr auditinə şirkətin normativ aktlarının, kadr uçotu üzrə sənədlərin və kadr əmrlərinin mövcudluğunun və düzgünlüyünün yoxlanması, əməkdaşların şəxsi vərəqələrinin doldurulması, əməkdaşların şəxsi işlərinin doldurulması, şirkətin lokal aktları ilə tanış olması qaydalarının yoxlanması daxildir. Accounting.Az sərfəli qiymətlə, keyfiyyətli və etibarlı kadr auditinin aparılmasını sizə təklif edir. Təcrübəli mütəxəssislər tərəfindən aparılan xidmətlərin keyfiyyətinə zəmanət verilir.