Müqavilələrin hazırlanması

Автор: Huseyn от 15-02-2016, 02:38
Müqavilələrin hazırlanmasıNövündən asılı olmayaraq Accounting.Az hüquqşünasları sizə müqavilələrin tərtib edilməsini və yoxlanmasını təklif edir. İxtisaslı hüquqşünaslar tərəfindən tərtib olunmuş müqavilələrin gələcəkdə heç bir problemə səbəb olmayacağına zəmanət verilir. Bir çox hallarda borc haqqında müqavilə tərtib edildikdən sonra borc alanın borcunu geri ödəməkdən imtina edəcəyi, yaxud da ödəməmək üçün qanuni əsaslarla bir yol tapacağı narahatlığı yaranır. Accounting.Az mütəxəssislərinə həvalə olunmuş müqavilələrdə siz bu cür problemlərdən sığortalanırsınız.

Müəssisələrin ləğvi

Автор: Huseyn от 15-02-2016, 02:38
Müəssisələrin ləğviMüəssisələrin ləğvi onların qeydiyyatından qat-qat çətin və yorucu prosesdir. Hər bir hüquqşünas şirkətin ləğv olunması üçün lazım olan biliyə malik deyil. Müəssisələrin ləğvi məsələsi borc və digər səbəblərdən yarana bilər. Hansı səbəbdən yaranmasından asılı olmayaraq Accounting.Az-ın çoxillik təcrübəyə malik hüquqşünasları müəssisələrin ləğvi məsələsini qısa zaman ərzində və tam hüquq çərçivəsində həll etməyi sizə təklif edirlər. Şirkətin ləğv olunmasını mütəxəssislərə etibar etməklə çox sərfəli qiymətlərlə ən qısa zaman kəsiyində problemlərdən qurtulacaqsınız

Hüquqi sənədlərə dəyişikliklər

Автор: Huseyn от 15-02-2016, 02:38
Hüquqi sənədlərə dəyişikliklərBəzən sahibkarlıq fəaliyyəti zamanı biznes strukturunun dəyişdirilməsi zərurəti yaranır. Bu zərurət biznesin effektiv inkişafı və rəqabətyönümlü olması üçün yaranır. Accounting.Az şirkətinin təcrübəli mütəxəssisləri və hüquqşünasları qanunvericilikdə baş vermiş təkmilləşmələrin nəticəsi olaraq və ya biznesinizin inkişafı üçün hüquqi sənədlərə lazımi dəyişiklikləri etməyi sizə təklif edir. Hüquq sənədlərinə dəyişiklikləri bizə həvalə etməklə siz artıq vaxt və enerji sərf etmədən biznesinizdə yüksələcəksiniz

Fiziki şəxslərin qeydiyyata alınması

Автор: Huseyn от 15-02-2016, 02:37
Fiziki şəxslərin qeydiyyata alınmasıBiznes qurmaq qərarına gələn əksər insanların qarşılaşdığı başlıca problemlərdən biri fiziki şəxslərin qeydiyyatı məsələsi olur. Fiziki şəxslərin qeydiyyatı prosesi iş adamları üçün darıxdırıcı bir prosesdir. Accounting.Az əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq fərdi sahibkarlığın qeydiyyatını sizə təklif edir. Qeydiyyat məsələlərini mütəxəssislərə həvalə edərək siz artıq vaxt və enerji sərf etməkdən qurtulacaqsınız. Əvəzində isə mütəxəssislər sərfəli qiymətlərlə, qısa müddətdə, keyfiyyətli və peşəkar şəkildə qeydiyyat məsələlərini həll edəcəklər

Şirkət qeydiyyatı

Автор: Huseyn от 15-02-2016, 02:37
Şirkət qeydiyyatıHal-hazırda müəssisələrin qeydiyyatı Accounting.Az şirkətinin əsas hüquq xidmətlərindən biridir. Şirkətinizin qeydiyyatını bizə həvalə etməklə siz çoxsaylı instansiyaları dolaşmaq, növbələrdə vaxtınızı itirmək, sənədlər toplamaq və lüzumsuz əsəb keçirmək kimi problemlərlə üzləşməyəcəksiniz. Şirkət qeydiyyatı çox çətin və məsuliyyət tələb edən prosesdir və korporativ hüquq bilikləri tələb edir. Məhz bu səbəbdən bu sahədə təcrübəsi olan şəxslərin şirkət qeydiyyatı məsələlərini həll etməsi daha uyğundur. Təcrübəli Accounting.Az mütəxəssisləri yüksək keyfiyyətli və əlverişli qiymətlərlə sizə zəmanətli xidmət göstərəcəklər.