Vergi auditi

Автор: Huseyn от 15-02-2016, 02:38
Vergi auditiDövlət siyasətinin sərtləşməsi və vergi qanunvericiliyinin daimi dəyişikliyi fonunda hər bir təşkilat etibarlı müdafiə sistemi- vergi auditi sisteminə ehtiyac duyur. Vergi auditi prosesi vergi hesablamaları və ödənişlərinin etibarlılığını yoxlamağa, hesabatların qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığına nəzarət etməyə imkan yaradır. İstənilən səhv və vergi qanunlarının qəsdən pozulması şirkətlərin külli miqdarda cərimələnməsinə səbəb olur. Məhz bu səbəbdən müntəzəm vergi auditinin aparılması riskləri minimuma endirmək və cərimələrə məruz qalmamaq üçün vacibdir. Vergi auditinin Accounting.Az mütəxəssisləri tərəfindən aparılması sizin vergi risklərinizi minimuma endirəcək və nəzarətedici orqanların sizə və sizin şirkətə qarşı hər hansı iddia qaldırmasının qarşısını alacaq.

Mühasibat auditi

Автор: Huseyn от 15-02-2016, 02:38
Mühasibat auditiAccounting.Az artıq uzun illərdir ki, mühasibat auditi xidmətlərini yerinə yetirir və fəaliyyəti dövründə müxtəlif sahələrə aid kiçik və orta biznes təmsilçilərilə əməkdaşlıq zamanı kifayət qədər təcrübə toplayıb. Auditorların profesionallığı istənilən kompaniyanın zəmanətli və keyfiyyətli mühasibat uçotu, analiz və auditini aparmağa icazə verir. Vaxtında aparılmış mühasibat auditi mövcud olan çatışmazlıqların vaxtında tapılması və gəlirliliyin enməsi riskinin aradan qaldırılmasına şərait yaradır