Mühasibat uçotu xidmətləri

Ümumi

Mühasibat xidmətlərinin autsorsinqi 

Bu gün əksər şirkətlərin mühasibat xidmətlərinə ehtiyacı var. Beynəlxalq bazarda, o cümlədən Azərbaycanda mühasibat xidmətləri təklif edən şirkətlərin sayı durmadan artır. Autsorsinq sxemi ilə fəaliyyət göstərən belə şirkətlər, biznes subyektlərinə mühasibləri işə götürmədən, onlara müntəzəm ödəniş etmədən uçot işlərini aparmaq imkanı yaradır. Bir çox hallarda öz mühasibatlığına malik şirkətlər də onların xidmətlərindən faydalanır. 

Mühasibat xidməti autsorsinqi – əməkdaşlığın elə formasıdır ki, ixtisaslaşmış tərəfdaş şirkət mühasibat uçotunun təşkili, mühasibatlığın aparılması, hesabatların təqdim edilməsi, həmçinin mühasibat və vergi uçotu üzrə digər funksiyaları öz üzərinə götürür.

Bakıda mühasibat uçotu autsorsinqi sahəsində ixtisaslaşan  “Accounting.az” konsaltinq şirkəti aşağıdakı mühasibat xidmətlərini təklif edir:

  • mühasibat uçotunun qurulması;
  • mühasibat uçotunun bərpası;
  • mühasibat uçotunun aparılması;
  • mühasibat konsultasiyası;
  • mühasibat kargüzarlığı xidməti;
  • maliyyə hesabatlarının hazırlanması;
  • mühasibat uçotunun optimizasiyası;
  • onlayn mühasibatlıq;
  • inventarizasiya.

“Mühasibat xidmətləri göstəririk” tipli elana tez-tez rast gəlinir, bir çoxları da aşağı qiymət təklif edir. Əgər yüksək keyfiyyətli xidmət almaq istəyirsinizə, bizə müraciət edin. Bizim əməkdaşlar öz işlərinin peşəkarlarıdır. Biz həm birdəfəlik xidmətlər göstərir, həm də müntəzəm mühasibat uçotu aparırıq.

Təqdim etdiyimiz  xidmətlərin tam çeşidi ilə  tanış olmaq üçün +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng edin. Əməkdaşlıq üçün şad olarıq. 

Bizimlə əməkdaşlıq sizə nə verir?

  • Azərbaycan qanunlarına uyğun təşkil edilmiş mühasibat sistemi 

Nəinki böyük şirkətlərin, kiçik müəssisələrin belə mühasibat uçotu olmadan mövcudluğu mümkün deyil. Biznes subyektlərində mühasibatlığın təşkili onun uğurlu inkişafının əsas elementlərindəndir.  Uçotun düzgün qurulması, bərpası və aparılması mühasibatlığın təşkilinin əsas istiqamətləridir. Bizə müraciət etsəniz, biznes fəaliyyətinizin ilk günündən mövcud qanunlara uyğun mühasibat uçotunun qurulmasına kömək edərik.

Bəzən mühasibat sisteminin qurulması düzgün aparılmır, nəticədə mühasibat uçotunu bərpası  zərurəti yaranır. Bu xidməti vacib edən zəruri edən digər şərtlər də var, məsələn:

  • uzun müddət mühasibat uçotu aparılmamsı;
  • vəzifəsinin öhdəsindən gələ bilməyən baş mühasibin yeni işçi ilə əvəz edilməsi;
  • yanğın, ofisin dəyişməsi, kompüter informasiya bazasının problemləri kimi fors-major hallar;
  • digərləri.

Beynəlxalq standartlar və Azərbaycanda mühasibat uçotu qanunvericiliyi  uçot prosesinin fasiləsizliyin tələb edir, yəni mühasibat uçotu bərpa edilməzsə, maliyyə sanksiyaları şəklidə itkilər mümkündür. Vaxtında “Accounting.az” konsaltinq şirkətinin mühasibat uçotunun bərpası xidmətindən istifadə etsəniz belə problemləriniz olmaz.

Biznes subyektlərində mühasibat uçotunun aparılmasın autsorsinqə müxtəlif səbəblərdən verilə bilər, məsələn:  

  • maliyyə problemlərinin həlli üçün əlavə kadr resurslarına ehtiyac;
  • yeni yaradılmış müəssisənin mühasibatlığında səriştəli mühasibin olmaması.

Belə hallarda edilən səhvlər maliyyə sanksiyalarına səbəb olur. Bakıda mühasibat xidmətləri göstərən autsorsinq şirkətlərinə uçotun aparılmasın həvalə etməklə maliyyə itkilərini minimuma endirmək olar. 

“AccountingAz” konsaltinq şirkəti autsorsinq çərçivəsində müştərilərə aşağıdakı sahələrdə uçotun bərpası xidmətlərini təklif edir:

  • mühasibatlıq;
  • vergilər, vergitutma;
  • kadr uçotu;
  • təşkilati-hüquqi məslələr.

 

  • Səmərəli mühasibat uçotu

Bakıda mühasibat uçotu xidmətləri bazarında özünəməxsus yeri olan bizim “Accounting.Az” konsaltinq şirkəti ötən illər ərzində mühasibat uçotunun optimizasiyası üzrə böyük təcrübə toplayıb. Bu bizə müxtəlif müəssisələrə səmərəli mühasibat uçotu aparılması ilə bağlı məsləhətlər verməyə imkan verir.

Bəzən müəssisə rəhbərlərinə elə gəlir ki, mühasibat uçotuna çəkilən xərclər, onun biznesə gətirdiyi faydalarla müqayisədə hədsiz çoxdur. Bunu dəqiqləşdirmək istəsəniz, bizə müraciət edin. Mühasibat uçotu xidmətləri bazarının təcrübəli oyunçularından olan “Accounting.Az”  konsaltinq şirkəti sizə səmərəlilik baxımından ən əlverişli mühasibat uçotu qurmağı təklif edir. Belə mühasibatlıqda faydalı nəticələrin, xərclənmiş resurslara nisbəti optimal olacaqdır.

Azərbaycanda iqtisadiyyatın inkişafı mühasibat və vergi uçotunun səmərəliliyinə də təsir edir: qanunvericilik bazası yenilənir, normativ sənədlər mürəkkəbləşir. Bu dəyişikliklər nəinki fərdi sahibkar yaxud  uçotu özü aparmağa çalışan kiçik müəssisə direktorunu, hətta bəzən ən təcrübəli mühasibləri də çətinə salır. Belə vəziyyət yarandıqda bizim  mühasibat konsultasiyası xidmətindən faydalana bilərsiniz.

“Geriyə zəng” sizfariş edin, yaxud WhatsApp-dan  (+99450 225 82 05) bizə yazın, səmərəli, beynəlxalq standartlara uyğun mühasibat uçotunuzu biz quraq.

  • Etibarlıq mühasibat məlumatları

İstənilən müəssisənin iqtisadi fəaliyyəti çoxsaylı təsərrüfat əməliyyatları ilə müşayiət olunur. Bütün bu əməliyyatlar uçot sənədləri ilə rəsmiləşdirilməlidir.  Unutmayaq ki, İlkin sənədlərdə, uçot qeydlərində ən kiçik səhv çox ciddi mübahisələrə səbəb olur, bəzən uzun müddət davam edən məhkəmə proseslərinə qədər aparır. 

Bizim əməkdaşların çoxillik təcrübəsi istənilən növ sənədlərlə beynəlxalq standartlara, yerli normativ hüquqi aktlara əsasən işləməyə, mühasibat kargüzarlığını Azərbaycanda mühasibat qanunvericiliyinə uyğun qurmağa imkan verir. 

Mühasibat uçotu məlumatlarının əsas keyfiyyət meyarı onların etibarlığıdır. Bunu, bir qayda olaraq, müəssisənin əmlakının, öhdəliklərinin vəziyyətini izləmək üçün aparılan inventarizasiya təsdiqləyir. İnventarizasiya müəssisə rəhbərliyinin təşəbbüsü əsasında könüllü yaxud məcburi aparıla bilər. 

Bakıda mühasibat uçotu xidmətləri sahəsində ixtisaslaşan “AccountingAz” konsaltinq şirkəti müştərilərinə obyektiv, operativ, keyfiyyətə zəmanətli inventarizasiya xidmətləri göstərir.

  • Beynəlxalq mühasibat uçotu standartlarına uyğun hesabatlar

Hər bir sahibkarı müəyyən tarixə müəssisənin maliyyə durumu, fəaliyyətin nəticələri haqqında məlumatlar daha çox maraqlandırır. Maliyyə hesabatları belə məlumatları özündə əks etdirən mənbələrdən biridir. “Accounting.Az” konsaltinq şirkəti sizin maliyyə hesabatlarının tam toplusunu Azərbaycan qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, mühasibat uçotunun beynəlxalq standartlarına (GAAP, IFRS) uyğun hazırlayır.  Müəssisənizin milliyə vəziyyəti haqqında dəqiq təsəvvür yaratmaq istəyirsinizsə, bizə müraciət edin. Bizim peşəkar mühasiblər sizin sorğunuz əsasında BMHS-ə uyğun maliyyə hesabatları hazırlaya bilər.

  • Müasir informasiya texnologiyaları ilə inteqrasiya

“Accounting.az” şirkəti “Tecfin” MMC-i ilə birgə əməkdaşlıq çərçivəsində, sonuncunun məhsulu olan “Hesabat” mühasibat proqramında autsorsinq əsaslı uçotun aparılması üzrə onlayn mühasibatlıq xidmətləri təklif edir.

Biznesin avtomatlaşdırılması və dəstəklənməsi üçün nəzərdə tutulan onlyan “Hesabat.az” proqramı  mühasibi əvəz etməyə imkan verən İnternet xidmətidir. O, biznes sahibinə yaxud məsul edilmiş şəxsə mühasibat uçotunu aparmağa, maliyyə hesabatlığı ilə bağlı hərəkətləri təkbaşına icra etmək imkanı yaradır.

Müştəri müvəqqəti texniki xidmət müddətində yalnız aylıq abunə ödəyir, lisenziya almağa yaxud digər xərclərə ehtiyac yoxdur. Siz həm müstəqil şəkildə, həm də bizim əməkdaşların dəstəyi ilə onlyan mühasibat proqramında hesab-fakturaların hazırlanması, gəlir və xərclərin uçotunun aparılması, digər mühasibat əməliyyatlarını tez, rahat, məsafədən, istənilən vaxt, istənilən cihazdan həyata keçirə bilərsiniz.

Mühasibat xidmətlərinin qiyməti

Mühasibat xidmətlərimzin dəyəri fərdidir. Qiymətə müəssisənin fəaliyyəti,  görüləcək işlərin mərhələləri, habelə şirkətdə maliyyə uçotunun vəziyyət təsir edir. İstənilən halda xidmətə çəkilən xərc,  onun olmaması yaxud aparılması zamanı yol verilən pozuntularla bağlı mümkün riskləri kompensasiya edir. 

“AccountingAz”-ın xidmətlərini sifariş etmək üçün əlaqə saxlayın, görüş üçün əlverişli vaxtı razılaşdıraq. Bizim ofisdə bir stəkan çay içərək sizin problemləri müzakirə edək, həll yollarını tapıb, biznesinizin çiçəkləməsinə dəstək olaq. 

whatsapp